sosial media marketinq

SMM xidmətimiz

Rəqəmsal dövrün ən önəmli güc vasitələrindən biri – sosial media, bizneslərin uğur hekayəsində əsas rol oynayır. Brendin tanınması, satışların artırılması və izləyici ilə bağ qurmaq üçün düzgün SMM xidməti və strategiyası vacibdir. Birinci Group olaraq, bu ehtiyacları nəzərə alaraq fərdi yanaşma ilə hazırlanmış SMM xidmətləri təqdim edirik. İstər yeni başlayırsınız, istərsə də mövcud auditoriyanızı genişləndirmək istəyirsiniz – biz sizin brendinizi növbəti mərhələyə daşımağa hazırıq!

Nələri əhatə edir?

Məhsul və Marketinq Strategiyası

Brendinizin məqsədlərinə və auditoriyasına uyğun olaraq məhsul və xidmətlərin təqdimat forması və mesajları planlaşdırılır. Hansı platformada, necə danışmaq lazımdırsa, biz onu bilirik.

Kontent Planlaması

Ar. Brendin dəyərlərinə uyğun, trenylıq və həftəlik əsasda sistemli kontent planı hazırlanıdlərlə ayaqlaşan və izləyicini cəlb edən mövzular seçilir.

Brend Üslubunun Formalaşdırılması

Vizual və yazılı üslub xəttiniz – rənglər, dizayn elementləri, yazı tərzi və ton of voice – brendinizə uyğun şəkildə yaradılır. Sizi sosial mediada fərqləndirən və yadda qalan bir kimlik formalaşdırırıq.

Instagram Profil Optimizasiyası

Bio və “Highlight” bölmələri estetik və funksional şəkildə yenilənir. İlk təəssürat önəmlidir və biz bunu mükəmməl qururuq.

Qrafik və Motion Dizayn Xidməti


Peşəkar dizayn komandamız tərəfindən həm statik, həm də hərəkətli vizuallar hazırlanır. Reels videolar, GIF-lər, animasiyalar – hər biri izləyicidə maraq və etibar yaradır.

Müntəzəm Paylaşımlar və Hekayələr


Aylıq post və hekayə sayına uyğun olaraq brend mesajınızı daşıyan paylaşım paketləri təqdim edirik. Reels, karusel, standart postlar – hər biri məqsədli şəkildə planlanır və paylaşılır.

Əlamətdar Günlərə Xüsusi Kontent

Bayramlar, sosial kampaniyalar, mövsümi günlər – bütün bu tarixlər üçün xüsusi kontentlər hazırlanır ki, brendiniz daim aktual və canlı qalsın.

Yazılı Kontent və SEO Uyğunluq

Hər bir paylaşım üçün cəlbedici, çağırışlı və SEO dostu mətnlər hazırlanır. Mətnlər sadəcə informativ deyil, eyni zamanda izləyicini hərəkətə keçirməyə yönəlib.

Peşəkar Foto Çəkiliş

Məhsul, məkan və konseptual foto çəkilişlər brendin vizual təqdimatını daha da gücləndirir. Keyfiyyətli foto materiallar kontent planınızda yer alır.

Sosial Platformalarda Reklam Tətbiqi

Meta platformalarında (Facebook, Instagram və s.) satış yönümlü, hədəflənmiş reklam kampaniyaları ilə daha geniş auditoriyaya çıxış əldə olunur.

Aylıq Hesabat və Təhlil

Hər ayın sonunda görülən işlərin statistikası və nəticələri ilə bağlı hesabat təqdim edilir. Bu, davamlı inkişaf və şəffaflıq üçün əsas alətlərimizdən biridir.

Niyə Birinci Group-un SMM xidməti?

Brendiniz üçün yalnız “sosial mediada olmaq” deyil, doğru şəkildə görünmək vacibdir. Biz Birinci Group olaraq, hər bir brendin ehtiyacına uyğun şəkildə fərqli səviyyəli SMM paketləri təklif edirik. Hədəfiniz izləyici artımı, satışların yüksəldilməsi və ya brend imicinin formalaşdırılmasıdırsa, biz sizin tərəfdaşınız olmağa hazırıq.

Bizimlə brendinizə dəyər qatın

Peşəkar və effektiv SMM xidməti ilə fərqi hiss edin. Gəlin, ilk addımı birlikdə ataq!

Buradan keçid edərək Sosial Media Marketinq xidmətimizlə maraqlana bilərsiniz.

keyboard_arrow_up