ÜMUMİ SEO VƏ RƏQƏMSAL MARKETİNQ PAKETLƏRİ
Tariflərimiz
Rəqəmsal dünyada tapılmaq, seçilmək qədər vacibdir. Google SEO xidməti ilə biznesinizi daha geniş auditoriyaya çatdırmaq, axtarış nəticələrində önə çıxmaq və müştəri axınını artırmaq artıq mümkündür.
🔹 1. Biznesin Google Xəritəyə Əlavə Olunması
Müştərilər sizi rahatlıqla tapa bilsin deyə, biznesiniz “Google My Business” üzərindən xəritəyə əlavə olunur.
Bununla:
Yerli axtarışlarda (məsələn: “kafelər yaxınlıqda”) ön sıralarda görünəcəksiniz.
İş saatlarınız, əlaqə nömrəniz, ünvanınız və istifadəçi rəyləri ilə daha etibarlı brend imici yaradacaqsınız.
🔹 2. Saytın Google Axtarış Sisteminə Əlavə Olunması
Veb saytınız Google tərəfindən indekslənərək axtarış nəticələrində görünür hala gətirilir.
Bu xidmətə daxildir:
Sayt xəritəsinin yaradılması və Google Search Console üzərindən tanıdılması
Meta başlıqların və təsvirlərin uyğunlaşdırılması
Əsas açar sözlər üzrə optimizasiya
Axtarış nəticələrində klik alma ehtimalını artıracaq texniki və kontent düzəlişləri
Bu xidmətlə, brendin onlayn görünürlüğü artacaq, müştəri cəlbetmə potensialı yüksələcək və satış imkanlarınız genişlənəcək.
Brendinizi onlayn mühitdə daha güclü şəkildə təmsil etmək, müştəri bazanızı genişləndirmək və satışlarınızı artırmaq istəyirsinizsə, rəqəmsal marketinq xidmətlərimiz bu yolda sizə tam dəstək olacaq. Sizin üçün məqsədəuyğun strategiyalar hazırlayaraq, brendinizi ön plana çıxarırıq.
1. Reklam Strategiyası (Hədəflənmiş və ya Kontekstli Reklamlar)
Hədəf auditoriyanı düzgün təyin etməklə hazırladığımız reklam kampaniyaları məhsul və ya xidmətlərinizi potensial müştərilərə çatdırır.
Meta (Facebook, Instagram) reklamları: yaş, maraq, lokasiya kimi kriteriyalara əsasən dəqiq hədəfləmə
Google Ads reklamları: istifadəçinin axtardığı məhsul və ya xidmətlə birbaşa qarşısına çıxma imkanı
Kampaniyaların performansının mütəmadi izlənməsi və optimizasiyası
2. SEO (Axtarış Motoru Optimizasiyası)
Veb saytınızın Google kimi axtarış sistemlərində daha yüksək mövqedə çıxması üçün texniki və kontent yönümlü optimizasiya işləri aparılır.
Açar söz analizi
Sayt strukturunun təkmilləşdirilməsi
Meta təsvir və başlıqların optimallaşdırılması
Backlink strategiyası
3. Google Ads
Axtarış və vizual reklam kampaniyaları ilə hədəf kütlənizə sürətli şəkildə çatma imkanı.
Search, Display, Shopping və Video reklam formatlarında kampaniyaların qurulması
Gündəlik büdcənin effektiv idarə edilməsi
Reklam göstəricilərinin detallı hesabatı
4. Google Business İdarəetməsi
Biznesinizin Google Xəritə və Google Axtarış nəticələrində düzgün və effektiv təqdimatı üçün hesabınızın idarə olunması.
Profildə vizual və məlumat yeniləmələri
İstifadəçi rəylərinə cavablandırma
Əlaqə məlumatlarının və açılış saatlarının düzgün yerləşdirilməsi
Təqdim olunan xidmət və məhsulların əlavə edilməsi