Korporativ Email 

Şirkətiniz üçün brendə uyğun korporativ email ünvanları yaradılır və müasir imza ilə təchiz olunur. Daxili Web Mail sistemimiz, Outlook və Gmail kimi platformalarla inteqrasiya edilir, idarəetmə isə Super Admin paneli vasitəsilə həyata keçirilir.

Eyni zamanda, Mailchimp və digər email marketinq platformaları üzərindən potensial və mövcud müştərilərə yönəlik kampaniyalar hazırlanır, e-bülletenlər göndərilir və nəticələr analiz olunur.

Peşəkar email həlləri ilə müştərilərinizlə güclü və davamlı əlaqə qurun!

Korporativ Outlook 

Biznesinizə peşəkar görünüş və funksional üstünlük qazandırmaq üçün Korporativ Outlook xidmətini təklif edirik. Bu xidmət çərçivəsində:

  • Outlook platforması üzərindən rəsmi korporativ e-mail hesabları yaradılır və brendinizə uyğun şəkildə qurulur.

  • Hər bir əməkdaş üçün fərdi və müasir email imzası hazırlanır. Bu imza şirkət kimliyini əks etdirir və peşəkarlığı artırır.

  • Outlook hesabları şirkətin domen adı ilə sinxronlaşdırılır və təhlükəsizlik standartlarına uyğun olaraq qurulur.

  • Əməkdaşların e-poçt mübadiləsi daha səmərəli və sürətli şəkildə idarə olunur.

  • İstəyə uyğun olaraq mobil və masaüstü qurğularda Outlook-un tam inteqrasiyası təmin edilir.

Bu xidmət sayəsində həm daxili korporativ yazışmalar, həm də müştəri ilə rəsmi əlaqə daha sistemli, təhlükəsiz və professional görünür.

Select an option
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
Fill out this field
Fill out this field
keyboard_arrow_up